Avro-2012: Fanat davaları başladı

Avropa çempionatı hələ yeni başlayıb. Ancaq artıq azarkeş davalarının qurbanları barədə xəbərlər gəlməyə başlayıb. İdman.com.az saytı məlumat verir ki, çempionatın startı ərəfəsində Polşanın Lodz şəhərində barların birində yerli azarkeşlər ingilis və rus fanatların üzərinə hücum çəkiblər.

Avtomobildən çıxan maskalı, geyimlərində isə yerli LKS klubunun rəmzləri olan şəxslər qonaq fanatları döyməyə başlayıblar. İki nəfər rusiyalını yerə sərərək təpikləyiblər. Hücum edənləri isti-isti tuta bilməyiblər. Barın sahibi isə qisas qorxusundan polisə müraciət eblə etməyib.

Rusların çexlərlə oynadığı Vroslavda isə rusiyalı fanatların stadionun işçiləri ilə qalmaqal salıblar. Bundan əlavə Lvovda rusiyalı və ukraynalı fanatların davası düşüb. Davanın 20 nəfərə yaxın iştirakçısı olub. Ukraynalı fanatlar matç zamanı çexlərə azarkeşlik edirdilər. Toqquşma matç başa çatdıqdan sonra olub və tez də qarşısı alınıb. Bir ukraynalı azarkeş saxlanılıb.

Xəbər 1180 dəfə oxundu.