Ağcabədidə Xocalı soyqırımı qurbanlarının xatirəsinə şahmat yarışları keçiriləcək
Fevralın 26-dan martın 3-dək Ağcabədi Uşaq-Gənclər İdman-Şahmat Məktəbində Xocalı soyqırımı qurbanlarının xatirəsinə respublika şahmat yarışı keçiriləcək. “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək yarış ənənəvi xarakter daşıyır.

Yarışın A qrupunda 11-16 yaşlı, B qrupunda isə 10 yaşadək şahmatçılar iştirak edəcəklər. Turnirin A qrupunda 46, B qrupunda 47 şahmatçı gücünü sınayacaq.

Klassik partiyalardan əlavə, turnirdə rapid və blits yarışları da təşkil ediləcək.

Yarışa təhsil sistemində fəaliyyət göstərən məktəblərin şagirdləri ilə yanaşı, idman cəmiyyətləri və şahmat klublarının yetirmələri də qatılacaqlar.

Xəbər 886 dəfə oxundu.