“Atletiko Baku” futzal komandasının “Ajara Cup 2020” beynəlxalq turniri üçün heyəti açıqlanıb
İkinci Liqada iştirak edən “Atletiko Baku” futzal komandası beynəlxalq turnirdə iştirak edəcək.

Təmsilçimiz fevralın 26-dan 29-dək Gürcüstanda təşkil olunacaq “Ajara Cup 2020” turnirinə dəvət alıb.

Turnirdə Azərbaycan ilə yanaşı, Gürcüstan, Türkiyə və Ukrayna komandaları da birincilik uğrunda mübarizə aparacaqlar.

Komandamızın turnir üçün heyəti açıqlanıb. Heyətdə Musa Musazadə (qapıçı), Mahmud Şirəliyev, Gökhan Kartal, Həsən Camalzadə, Vasif İsmayılov, Eyyub Əfəndiyev, Mehdi Əzimzadə (kapitan) və Sumray Kazımov yer alıblar.

Turnir ilə əlaqədar komandanın İkinci Liqanın XVIII turu çərçivəsində “Dalğa” ilə keçiriləcək görüş, eləcə də XVIII turundakı “Baku Fire-3”lə oyunu qeyri-müəyyən vaxta təxirə salınıb.

Xəbər 668 dəfə oxundu.