Yunan-Roma güləşçilərimiz Avropa Olimpiya Təsnifat turnirinə hazırlığı davam etdirirlər
Yunan-Roma güləşi üzrə Azərbaycan yığması təlim-məşq toplanışını davam etdirir.

Hazırlıq prosesi martın 19-dan 22-dək Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək Avropa Olimpiya Təsnifat turnirinə hazırlıq xarakteri daşıyır.

Yunan-Roma güləşi üzrə millimiz yarışın startınadək toplanışı vətəndə keçəcək. Komanda baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Akif Əliyevin rəhbərliyi altında Olimpiya Güləş Mərkəzində intensiv olaraq məşqlərini davam etdirirlər.

Xəbər 826 dəfə oxundu.