Qılıncoynadanlarımız Xorvatiyada keçirilən Avropa çempionatında mübarizəyə başlayıblar | |
Azərbaycan qılıncoynadanları Xorvatiyanın Poreç şəhərində keçirilən yeniyetmə və gənclərin Avropa çempionatında mübarizəyə başlayıblar. Yeniyetmə sablyaçıların yarışında qrup mərhələsini mütləq nəticə ilə (6 qələbə) başa vuran Zərifə Hüseynova pley-offda turnirin qalibi Fransa sablyaçısı Tori Toskaneyə 8:15 hesabı ilə uduzub. Qrup mərhələsini 2 qələbə ilə bitirən Sara Aydəmirova isə pley-offda fransalı Lola Tranquilliyə 5:15 hesabı ilə məğlub olub. Yeniyetmə şpaqaçıların yarışında qrup mərhələsində bir qələbəsi olan Raul Aruslanov mübarizəni erkən dayandırıb. Yeniyetmə qız şpaqaçıların yarışında qrup mərhələsini 2 qələbə ilə başa vuran Nazilə Rəhimova digər qruplarda qeydə alınan nəticələrə əsasən pley-offa yüksəlməyyi bacarıb. Bu mərhələdə Lurde Qrabovskayteyə (Litva) 15:8 hesabı ilə qalib gələn idmançımız, otuzikidəbir finalda fransalı Anna Vergnes üzərində 15:13 hesablı qələbə qazanıb. N.Rəhimova onaltıdabir finalda Estoniya təmsilçisi Qabriela Truuseyə 8:15 hesabı ilə uduzub. Qrup mərhələsində 2 qələbə qazanan Alfiyə Abdinova və qrupu 1 qələbə ilə başa vuran Azərin İdriszadə isə pley-offa adlaya bilməyiblər. |
|
Xəbər 885 dəfə oxundu. |
|
|