Kyokuşin karate üzrə açıq Bakı çempionatı keçirilib
Şağan Olimpiya İdman Kompleksində Xocalı soyqırımına həsr olunmuş kyokuşin karate üzrə açıq Bakı çempionatı keçirilib. Çempionatda 20-dək klub və cəmiyyəti təmsil edən 250-dən çox idmançı iştirak edib.

Azərbaycan Kyokuşin Karate Federasiyasının vitse-prezidenti Allahverdi Rüstəmov çempionatın açılışında çıxış edərək ölkəmizdə idmanın digər növləri kimi, kyokuşin karatenin də inkişafda olduğunu bildirib.

Qeyd edib ki, mötəbər yarışlarda müvəffəqiyyətlə mübarizə aparan idmançılarımız Azərbaycanın üçrəngli bayrağını uğurla ucaldırlar.

Azərbaycanın dövlət himninin səsləndirilməsindən sonra yarışlara start verilib.

Sonda qalib idmançılar mükafatlandırılıblar.

Xəbər 872 dəfə oxundu.