Azərbaycan İdman Jurnalistləri Federasiyası Milli Karate Federasiyası ilə əməkdaşlığa başlayıb | |
Fevralın 24-də Azərbaycan İdman Jurnalistləri Federasiyası (AİJF) ilə Azərbaycan Milli Karate Federasiyası (AMKF) arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənədi AİJF İdarə Heyətinin sədri Qabil Mehdiyev və AMKF-in prezidenti Yaşar Bəşirov imzalayıblar. Y.Bəşirov yeni yaranan federasiyanın ölkəmizdə idmanın kütləviliyi və təbliği baxımından rolunu xüsusi vurğulayaraq bildirib ki, memoranduma əsasən qurumlar arasında birgə tədbirlər təşkil ediləcək. AİJF-in əsas hədəflərindən biri ölkəmizdə idman mətbuatının inkişafı ilə yanaşı, bədən tərbiyəsi və idmanın təbliği olduğunu deyən Q.Mehdiyev əməkdaşlığın əhəmiyyətini yüksək qiymətləndirib. |
|
Xəbər 812 dəfə oxundu. |
|
|