Aysal hədəfini açıqlayıb
Köln «Qalatasaraylılar» dərnəyində klubun son Superliqa zəfərinin təntənə edilməsi zamanı prezident Ünal Aysal komandasının hədəflərini açıqlayıb.
İdman.com.az saytı məlumat verir ki, o, «Qalatasaray»ın adının Avropada ən böyük 10 klub sırasına salmaq istəyini bildirib.

Aysal davam edən istintaqlarla bağlı gələcək transferləri hələ açıqlamaq istəmədiyini, söylədi, ancaq bunun ayın sonunda ediləcəyini qeyd edib: "Transferimizdə durğunluq yoxdur. Bu ayın sonunadək sizləri razı salacaq bir siyahı ortaya çıxacaq. Bu il keçən illərə nəzərən bir az daha fərqli çalışdıq. Bir-birini anlayan bütöv bir heyət meydana gətiririk. Avropaya gedən «Qalatasaray» Avropada yerini möhkəmlətməlidi. Hazırlıq matçlarını Avropada keçirəcəyik. Hər kəsin qürur duyacağı bir «Qalatasaray» seyr edəcəksiniz».

Klub rəhbəri «Qalatasaray»ın 328 milyonluq borcunun isə yaxın günlərdə 120 milyonunun ödənəcəyini bildirib.

Xəbər 969 dəfə oxundu.