Ağcabədi rayonunda cüdo üzrə rayon turniri keçirilib
Ağcabədi Olimpiya İdman Kompleksində Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş cüdo idman növü üzrə rayon turniri başa çatıb.

Gərgin mübarizə şəraitində keçən yarışda 40-dan çox idmançı müxtəlif çəki dərəcəsində qüvvələrini sınayıb.

Turnirin sonunda qaliblər rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla təltif olunublar.

Xəbər 785 dəfə oxundu.