Mas-reslinq üzrə Bakı kuboku turnirinin qalibləri müəyyənləşib
Abşeron Olimpiya İdman Kompleksində mas-reslinq üzrə Bakı kuboku turniri keçirilib.

Paytaxt kuboku yarışında 14 komandadan 100 idmançı iştirak edib. Yarışda gənclər və böyüklər qüvvələrini sınayıblar.

Gənclər arasında keçirilən yarışda Hüseyn İsmayılov (60 kq), Nurlan Quluzadə (70 kq), Amin Məhərrəmov (80 kq), Kamil Nəbiyev (90 kq), Rəşad Əmiraslanov (105 kq), Alxas Cəfərov və Hüseyn Qurbanzadə (hər ikisi 105 kiloqramdan yuxarı) bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Böyüklərin mübarizəsində isə Arif Şahlarov (60 kq), Mikayıl Mikayıllı (70 kq), Orxan Xanlarov (80 kq), Bahadur Əsgərov (90 kq), Xəyyam Orucov (105 kq), Cahangir Yaqubov və Tərxan Müzəffərov (hər ikisi 105 kiloqramdan yuxarı) birinci olublar.

Qeyd edək ki, yarışın qalibləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Mas-reslinq Federasiyası tərəfindən diplom və medallarla təltif olunublar.

Xəbər 807 dəfə oxundu.