Cüdoçularımız “Böyük dəbilqə” turnirini dörd medalla başa vurublar | |
Almaniyada keçirilən cüdo üzrə “Böyük dəbilqə” turnirini Azərbaycan cüdoçuları dörd medalla başa vurublar. Düsseldorfda keçirilən bu nüfuzlu yarışda İrina Kindzerska (+78 kq) və Elmar Qasımov (100 kq) gümüş medal qazanıblar. Digər cüdoçularımız Rüstəm Orucov (73 kq) və Zelim Kotsoyev (100 kq) bürünc medala layiq görülüblər. |
|
Xəbər 1024 dəfə oxundu. |
|
|