“Pirelli” Formula 1 Azərbaycan Qran-Prisində istifadə ediləcək şinlərin tərkibini açıqlayıb
“Pirelli” şirkəti iyunun 5-dən 7-dək Formula-1 yarışmasının səkkizinci mərhələsi olacaq Azərbaycan Qran-Prisində istifadə ediləcək şinlərin tərkibini açıqlayıb.

Azport.az “F1News.ru”ya istinadla xəbər verir ki, italiyalı şin istehsalçıları Bakıya “C-2” (sərt), “C-3” (orta) və “C-4” (yumşaq) şinlərini gətirəcəklər.

Komandaların “C-2” və “C-3” şinlərindən istifadə etməsi məcburidir. Onlar ən azı hərəyə bir dəst sifariş verməli və yarışmada heç olmasa birindən istifadə etməlidirlər.


Xəbər 789 dəfə oxundu.