Avro-2012: Danimarkadan «narıncılar»a əzələ nümayişi
Bu gün Avro-2012-də «B» qrupunda mübarizəyə start verilib. İdman.com.az saytının məlumatına görə, “ölüm qrupu”nun ilk matçında sensasiya qeyd alınıb. Qitə nəhənclərinin arasında nisbətən zəif hesab edilən Danimarka millisi, gözlənilmədən yarışın çempioluğunu əsas namizədlərdən sayılan Niderland futbolçularını məğlub edib – 1:0.

İlk turda Almaniya ilə Portuqaliyanın qarşıdurması böyük maraqla gözlənilir. Hollandların məğlubiyyətindən sonra, bu cütdə qalib gələn kollektivin 1/4 finala çıxmaq imkanı daha artacaq.

9 iyun
Avro-2012. Final mərhələsi
I tur
«B» qrupu

Niderland - Danimarka - 0:1
Xarkov. “Metallist” stadionu. 35970 tamaşaçı
Baş hakim: Damir Skomina (Sloveniya)
Qol: Kron-Deli, 24

Xəbər 1072 dəfə oxundu.