Qızlardan ibarət futbol üzrə Azərbaycan yığması UEFA İnkişaf turnirinə qələbə ilə başlayıb
On yeddi yaşadək qızlardan ibarət futbol üzrə Azərbaycan yığma komandası UEFA İnkişaf turnirində ilk oyununu keçirib.

Maltanın Ta Qali şəhərindəki “Centenary” stadionunda Cəbəllütariq yığması ilə qarşılaşan millimiz 2:0 hesablı qələbə qazanıb. Qolları Edanur Mutlu və Büşra Yabançı vurub.

Turnir çərçivəsində U-17 millimiz növbəti oyununu fevralın 23-də, Bakı vaxtı ilə saat 13:30-da Şotlandiya yığmasına qarşı keçirəcək.


Xəbər 672 dəfə oxundu.