Mas-reslinq üzrə Bakı kuboku turnirində 100-ə yaxın idmançı iştirak edəcək
Fevralın 22-də Abşeron Olimpiya İdman Kompleksində keçirilən mas-reslinq üzrə Bakı kuboku turnirində 100-ə yaxın idmançı iştirakçı edəcək.

Paytaxt kuboku yarışında kadetlər, yeniyetmələr, gənclər və böyüklər öz qüvvələrini sınayacaqlar.

Qeyd edək ki, yarışın qalibləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Mas-reslinq Federasiyası tərəfindən diplom və medallarla təltif olunacaqlar.


Xəbər 778 dəfə oxundu.