Ağır atletika üzrə Azərbaycan çempionatı: Əvəz Tağıyev çempion adını qazanıb
Şüvəlandakı Ağır Atletika Akademiyasında keçirilən kişilər və qadınlar arasında Azərbaycan çempionatı davam edir.

Gənclər və İdman Nazirliyinin və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-ə yaxın atlet qüvvəsini sınayır.

Çempionatda 55 kiloqramadək çəki dərəcəsində kişilərin yarışında toplam 195 kiloqram (85+110) çəkini ram edən Əvəz Tağıyev qalib adını qazanıb. Sonrakı yerləri müvafiq olaraq toplam 184 kiloqram (81+103) nəticə ilə Qasım İsmayılov və toplam 163 kiloqram (70+93) nəticə ilə Kənan Rəhimov tutublar.

Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli komandaların tərkibinin müəyyənləşdirilməsi və qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.

Xəbər 918 dəfə oxundu.