Avro-2012-nin ən bahalı iştirakçıları
Avro-2012 meydanlarında böyük pulları görmək olacaq. Söhbət meydana çıxacaq oyunçuların dəyərlərindən gedir. İdman.com.az saytı xəbər verir ki, İştirakçıların arasında ən bahalı oyunçu 90 milyon dəyərində olan portuqaliyalı Kriştiano Ronaldodur. Transfermarkt.de saytı qitə yarışı iştirakçılarının ən bahalı 20-sinin siyahısını dərc edib. Onları ən ucuzunan bahalısına doğru diqqətinizə çatdırırıq:

20. Serxi Buskets (İspaniya) - 35 mln. avro
19. Tomas Müller (Almaniya) - 35 mln. avro
18. Fernando Torres (İspaniya) - 35 mln. avro
17. Kərim Benzema (Fransa) - 35 mln. avro
16. İker Kasilyas (İspaniya) - 35 mln. avro
15. Xabi Alonso (İspaniya) - 35 mln. avro
14. Xavi (İspaniya) - 35 mln. avro
13. Nani (Portuqaliya) - 36 mln. avro
12. Zlatan İbrahimoviç (İsveç) - 37 mln. avro
11. Xerard Pike (İspaniya) - 38 mln. avro
10. Bastian Şvaynştayger (Almaniya) - 38 mln. avro
9. Luka Modriç (Xorvatiya) - 39 mln. avro
8. Frank Riberi (Fransa) - 42 mln. avro
7. Mario Qomes (Almaniya) - 42 mln. avro
6. Robin van Persi (Niderland) - 45 mln. avro
5. David Silva (İspaniya) - 46 mln. avro
4. Sesk Fabreqas (İspaniya) - 55 mln. avro
3. Andres İnyesta (İspaniya) - 65 mln. avro
2. Ueyn Runi (İngiltərə) - 65 mln. avro
1. Kriştiano Ronaldu (Portuqaliya) - 90 mln. avro

Xəbər 1041 dəfə oxundu.