U-19 millisinin təlim-məşq toplanışına dəvət alan futbolçular müəyyənləşib
Fevralın 22-dən 28-dək Bakıda 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının təlim-məşq toplanışı olacaq.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, təlim-məşq toplanışına Rüstəm Samuqullin (“Sabah”), Emin İsgəndərli, Ramin Tağıyev (“Neftçi”), Müşviq Nadirov, Nemət Şixamirov (“Qəbələ”), Şamil Cəfərov (“Səbail”), Şirin Şirinov (“Keşlə”), Kaan Özkaya (“Hoffenheim”, Almaniya), Rüfət Əhmədov (“Qəbələ”), Cəlal Hüseynov, Samir Ağayev (“Zirə”), Mirəli Əhmədov (“Neftçi”), Nazim Həsənzadə (“Sabah”), Cavidan Abbaslı (“Sumqayıt”), Elçin Qasımov, Veysəl Rzayev (“Turan Tovuz”), Samir Məhərrəmli (“Qəbələ”), Fərid Yusifli (“Neftçi”), Camal Cəfərov (“Anji”, Rusiya), Emil Səfərov (“Qəbələ”), Valeh Qəhrəmanlı (“Neftçi”), Murad Rəhimli (“Sumqayıt”), Mustafa Yıldırım (“Alanyaspor”, Türkiyə) dəvət olunublar.


Xəbər 747 dəfə oxundu.