Balıqçılığın Lonq Casting turnirinin 1-ci mərhələsi keçirilib
Fevralın 16-da Xüsusi Dövlət Mühafizə Xidmətinin Hərbi Ovçuluq İttifaqının Novxanı Atıcılıq mərkəzində 2-3 iyun tarixlərində İtaliyanın Tortoretto Lido şəhərində keçiriləcək Balıqçılığın Lonq Casting (Golden League) növü üzrə turnirə vəsiqə uğrunda yarışların birinci dövriyyəsi baş tutub.

60-a yaxın həvəskar balıqçıların (idmançıların) qatıldığı turnirin 1-ci mərhəlisinin qalibi Novxanı Atıcılıq mərkəzinin “Bakı” klubunun kapitanı Pərviz Mirzəyev olub. Onun fərdi nəticəsi 177 metr təşkil edib.

Xüsusi Dövlət Mühafizə Xidmətinin Hərbi Ovçuluq İttifaqının direktoru Rasim Rzayev, Novxanı Atıcılıq mərkəzinin “Bakı” klubunun direktoru Sərxan Bədirovdur.

Qeyd edək ki, lisenziya yarışları 4 turdan ibarət olacaq. Yarışların ümumi nəticəsinə görə ilk 4 yeri tutan idmançılar İtaliyadakı turnirə vəsiqə əldə edəcəklər.

Turnirin finalı May ayının 10-da Xüsusi Dövlət Mühafizə Xidmətinin Hərbi Ovçuluq İttifaqının Novxanı Atıcılıq mərkəzində keçiriləcək.


Videonun linki:
https://www.youtube.com/watch

Xəbər 802 dəfə oxundu.