Sumqayıtda könüllü gənclər arasında minifutbol turniri keçirilib
Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə könüllü gənclər arasında minifutbоl turniri keçirilib.

Azsport.az Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, Olimpiya İdman Kompleksində keçirilən turnirin təşkilində məqsəd “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramından irəli gələn vəzifələri icra etmək, gənclərin hərtərəfli inkişafına nail olmaq, könüllülük fəaliyyətini təbliğ etmək, həmçinin gənclərin fiziki potensiallarını üzə çıxarmaqdır.
ƏTRAFLI
optimal.az

Turnirin açılışında çıxış edən Baş İdarənin əməkdaşı Ceyhun Hüseynov əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin uğurlu icrası nəticəsində qazanılan nailiyyətlərdən, ölkəmizdə, o cümlədən Sumqayıtda gənclərin inkişafı, könüllülük hərəkatının genişlənməsi istiqamətində görülən işlərdən danışıb.

Yarışda şəhərin müxtəlif qurumlarını təmsil edən altı komanda mübarizə aparıb. Maraqlı idman mübarizəsi şəraitində keçən turnirin sonunda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin, 10 və 3 nömrəli peşə liseylərinin komandaları müvafiq olaraq ilk üç yerdə qərarlaşıblar.

Qalib komandalar Baş İdarə tərəfindən kubok, medal, fəxri fərman və hədiyyələrlə təltif edilib.

Xəbər 770 dəfə oxundu.