Azərbaycan paralimpiyaçısı pauerliftinq üzrə dünya kuboku yarışlarında qızıl medal qazanıb
Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) idmançısı Pərvin Məmmədov pauerliftinq üzrə dünya kuboku yarışlarında qızıl medal qazanıb.

Bu barədə fevralın 21-də AMPK-nın prezidenti İlqar Rəhimov komitədə təşkil olunan mətbuat konfransında məlumat verib.

İ.Rəhimov bildirib ki, Böyük Britaniyanın Mançester şəhərində təşkil olunan yarışda 49 kiloqram çəki dərəcəsində iştirak edən idmançımız bütün rəqiblərinə qabaqlayaraq birinci olub. Bu qələbə P.Məmmədovun “Tokio-2020” Yay Paralimpiya Oyunlarına lisenziya qazanmaq şansını artırıb. Digər idmançımız Şamo Aslanov isə fevralın 22-də mübarizə aparacaq.

Xəbər 1151 dəfə oxundu.