On yaşadək şahmatçılar arasında seçmə turnirinin qalibləri müəyyənləşib
Respublika Şahmat Klubunda 10 yaşadək oğlanlar arasında şahmat üzrə seçmə turniri keçirilib. İsveçrə sistemi üzrə keçirilən və doqquz turdan ibarət olan turnirdə 44 şahmatçı iştirak edib.

Doqquz turdan 8 xal toplayan Hidayət Ağalarlı yarışın qalibi olub. Saleh Abbaslı 7 xalla ikinci, Nurlan Kobzey 6,5 xalla üçüncü yeri tutublar.

Xəbər 810 dəfə oxundu.