Azərbaycan üçün Olimpiya mükafatı qazanmış idmançının adı Ukraynanın Olimpiya çempionları haqqında kitaba daxil edilib
Kiyevdə Ukraynanın Olimpiya çempionlarına həsr olunmuş “Millətin qızılı” kitabının təqdimatı keçirilib.

Azərbaycanın avarçəkmə idmanı tarixində ilk dəfə Olimpiya medalı qazanmış baydarkaçı İnna Osipenko-Radomskayanın adı nəşrə daxil edilib.

Kitabın müəllifi Yefim Şainski məxsusi müsahibəsində qeyd edib ki, bir neçə dəfə Ukraynada ilin ən yaxşı idmançısı adlandırılmış İnna Osipenko-Radomskaya 2016-cı ildə Rio-de-Janeyro Olimpiadasında Azərbaycan yığmasının heyətində çıxış edib və bürünc medal qazanıb. Y.Şainski ümidvar olduğunu bildirib ki, bu amil kitabın təkcə Ukraynada deyil, Azərbaycanda da böyük maraqla qarşılanmasına kömək edəcək.
Kitabın çap olunduğu “SAMIT-KNİQA” nəşriyyatının direktoru İvan Stepurin tədbirin sonunda əmin olduğunu bildirib ki, istər Azərbaycan, istərsə də Ukrayna idmançıları Tokio Olimpiadasında uğurla çıxış edəcək və bu kitabda barəsində danışılan insanlar kimi, onlar da adlarını idman tarixinə yazacaqlar.

AZƏRTAC

Xəbər 852 dəfə oxundu.