FIFA-nın yeni reytinq cədvəlində Azərbaycan millisinin mövqeyi dəyişməyib
Fevralın 20-də FIFA milli komandaların növbəti reytinq cədvəlini dərc edib. Aktivində 1177 xal olan Azərbaycan millisinin siyahıdakı əvvəlki mövqeyi dəyişməyib və komandamız 114-cü sırada qərarlaşıb.

Dünyanın 210 yığmasının yer aldığı siyahıya aktivində 1765 xal olan Belçika millisi başçılıq edir. Sonuncu dünya çempionu Fransa komandası 1733 xalla ikinci, beşqat dünya çempionu Braziliya isə 1712 xalla üçüncü yerdədir. Reytinq cədvəlində ilk onluğu İngiltərə (1661), Uruqvay (1645), Xorvatiya (1642), Portuqaliya (1639), İspaniya (1636), Argentina (1623) və Kolumbiya (1622) komandaları qərarlaşıblar.

Xəbər 649 dəfə oxundu.