Futbol üzrə Azərbaycan çempionatının XVIII turunun oyunlarına hakim təyinatları açıqlanıb
Futbol üzrə Azərbaycan Premyer Liqasının XVIII turunun oyunlarına hakim təyinatları açıqlanıb.

Azsport.az Peşəkar Futbol Federasiyasının saytına (PFL) istinadla xəbər verir ki, iki günü əhatə edəcək tura fevralın 22-də Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Neftçi” oyunu ilə start veriləcək. Saat 15:00-da başlayacaq görüşü Əliyar Ağayev idarə edəcək.

Həmin gün baş tutacaq “Keşlə” – “Zirə” matçının baş hakimi Rauf Cabbarov olacaq. Saat 17:00-da start götürəcək görüş “ASK Arena”da oynanılacaq.

Xəbər 679 dəfə oxundu.