Yeniyetmə badmintonçular arasında Bakı birinciliyinin qalibləri müəyyənləşib
Bir nömrəli idman liseyində Azərbaycan Badminton Federasiyası və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə 2006-2007-ci il təvəllüdlü oğlan və qız badmintonçular arasında keçirilən Bakı birinciliyinə yekun vurulub.

Turnirdə 54 oğlan və 27 qız badmintonçu 5 kateqoriya üzrə qüvvəsini sınayıb.

Şəxsi yarışlarda oğlanlar arasında Elşən Novruzov, qızların mübarizəsində isə Həcər Nuriyeva birinci olublar. Qoşa yarışlarda Elşən Novruzov-Bağır İsmayılov və Fatimə Əşrəfova-Mədinə Nağıyeva tandemi qalib gəliblər. Qarışıq-qoşa yarışlarda isə Elşən Novruzov-Fatimə Əşrəfova cütü fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Xəbər 937 dəfə oxundu.