Avro-2012: Açılış matçı qollar və qırmızı vərəqələrlə yadda qalıb
Bu gün futbol üzrə Avropa çempionatına start verilib. İdman.com.az saytının xəbərinə görə, mötəbər yarış «A» qrupunun oyunları ilə başlayıb. Bakı vaxtı ilə saat 21:00-da təşkilatçı ölkə - Polşa sabiq qitə çempionu Yunanıstan ilə qarşılaşıb.

Qarşılıqlı hücumlar şəraitində keçək görüşdə hesab bərabət bitib – 1:1. Halbuki matç ərzində tərəflər bir neçə dəfə önə keçmək imkanı qazanıblar. Ən real şans elladalılarda olub. Amma Qaragunis 11-metrlik cərimə zərbəsini qola çevirməyib.

8 iyun
Avro-2012-nin final mərhələsi

Qrup oyunları
I tur
«A» qrupu

Polşa – Yunanıstan - 1:1
Varşava. Milli stadion. 56070 tamaşaçı
Baş hakim: Karlos Velasko Karbalyo (İspaniya)
Qol: Levandovski, 17 - Salpangidis, 51;
Qırmızı vərəqə: Sokratis, 45 (ikinci sarı vərəqə), Şesni
Qaragunis 71-ci dəqiqədə penaltidən yararlana bilməyib (qapıçı)

Xəbər 1053 dəfə oxundu.