Yeniyetmələr arasında atletika üzrə ölkə birinciliyinin komanda hesabında qalibləri müəyyənləşib
Respublika Olimpiya Mərkəzində 2005-2006-cı il təvəllüdlü atletlər arasında keçirilən Azərbaycan birinciliyinin komanda hesabında qalibləri müəyyənləşib.

Çempionatda 5 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin komandası bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. “Rekord” ikinci, “Bərdə” isə üçüncü pillədə qərarlaşıblar.

Qalib komandalar Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyası tərəfindən diplom və medallarla təltif olunublar.


Xəbər 905 dəfə oxundu.