Fransa Qran-Prisi zamanı “F1 Revival” sərgisi təşkil ediləcək
Formula 1-in 70 və Pol-Rikar avtodromunun 50 illiyi münasibətilə Fransa Qran-Prisinin təşkilatçıları yürüş vaxtı tarixi maşınların sərgisi – “F1 Revival”ı təşkil edəcəklər.

Sərgidə Formula 1-in inkişafını göstərən 70-dən artıq maşın nümayiş olunacaq. Sərgidə 1950-1980-ci illər buraxılışı olan “Ferrari”, “Renault”, “Cooper”, “Lotus”, “Toro Rosso” və digər maşınlar azarkeşlərə təqdim ediləcək. Həmçinin yürüş həftəsonunda 40 maşının trasda şousu keçiriləcək.

Qeyd edək ki, Formula 1 Fransa Qran-Prisi iyunun 26-28-də Pol-Rikar avtodromunda təşkil olunacaq.

AZƏRTAC

Xəbər 829 dəfə oxundu.