Del Pyeronu Argentina və Meksikadan istəyirlər
Argentina «River Pleyt»i «Yuventus»un forvardı Alessandro Del Pyeroya müqavilə təklif edib. İdman.com.az saytının məlumatına görə, 37 yaşlı futbolçu cavab üçün 3 günlük möhlət götürüb. Transfer baş tutarsa, Del Pyero yeni klubunda ilə 1,5 milyon avro qazanacaq.

Ancaq futbolçu özü bu rəqəmin 2 milyon olmasını istərdi. O, okeanın o tayına sərbəst agent kimi gedəcək. Belə ki, onun «Yuventus»la müqaviləsi bu ayın sonunda bitir.

Del Pyeroya son gələn təkliflər sırasında Meksika «Kruz Azul»u da var. Futbolçunun nümayəndəsi meksikalılarla da danışıqlar aparıb.
Əvvəllər Del Pyeroya talib çıxanlar sırasında ispan «Malaqa»sı, ABŞ-dan «Los Anceles Qelaksi», İngiltərədən «Arsenal», «Tottenhem» və «Kuinz Park Reyncers» də var idi.

Xəbər 1013 dəfə oxundu.