Avropa çempionu Nazim Babayev Fransada beynəlxalq turnirdə iştirak edəcək
Fevralın 19-da Avropa çempionu Nazim Babayev Fransanın Lievin şəhərində keçiriləcək “Meeting Hauts de France pas de Calais” beynəlxalq turnirdə iştirak edəcək.

Turnir cari ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. İdmançımız 17,14 metr nəticə göstərərsə “Tokio 2020” lisenziya qazanacaq.

Qeyd edək ki, N.Babayev fevralın 15-də İstanbulda keçirilən Balkan çempionatında qızıl medal qazanaraq Azərbaycan bayrağını zirvələrə qaldırıb.

Xəbər 815 dəfə oxundu.