Xüsusi olimpiyaçılar III milli oyunlar çərçivəsində basketbol üzrə seçmə yarışlarında mübarizə aparıblar
Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin III milli oyunları çərçivəsində oğlanlar arasında basketbol üzrə seçmə yarışları keçirilib. Turnirdə komandalar xüsusi Olimpiya proqramı və UNIFIED Sports (İnklüziv birləşmiş idman komandası) proqramları üzrə mübarizə aparıblar.

Xüsusi Olimpiya proqramı üzrə birinci divizionda Xəzər rayonu 4 nömrəli xüsusi internat məktəbinin komandası qalib olub. İkinci və üçüncü divizionlarda Qaradağ rayonu E.Quliyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 9 nömrəli xüsusi internat məktəbinin və Bakı şəhəri 11 nömrəli xüsusi təhsil məktəbinin komandaları fərqlənib.

UNIFIED Sports proqramı üzrə isə Xəzər rayonu 12 nömrəli xüsusi internat məktəbinin basketbolçuları birinci divizionda qalib adını qazanıblar.

İkinci divizionda Qaradağ rayonu E.Quliyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 9 nömrəli xüsusi internat məktəbinin yığması fərqlənib. Üçüncü divizionda keçirilən yarışda isə Xəzər rayonu E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli xüsusi internat məktəbinin komandası birinci yeri tutub.

Xəbər 948 dəfə oxundu.