Şahmatçımız İranda keçirilən “Caspian Cup” festivalında liderliyə yüksəlib
Fevralın 18-də Azərbaycan şahmatçıları İranın Rəşt şəhərində keçirilən 18-ci “Caspian Cup” festivalında yeddinci turun oyunlarında iştirak ediblər.

Festivalın A (masters) turnirində mübarizə aparan şahmatçılarımızdan Misrəddin İsgəndərov 6,5 xal toplayaraq liderliyə yüksəlib. Digər şahmatçılarımız Vüqar Rəsulov və Azər Mirzəyev 5,5 xalla səkkiz və doqquzuncu yerlərdə qərarlaşıblar.

Doqquz turdan ibarət turnir İsveçrə sistemi üzrə keçirilir.

Xəbər 758 dəfə oxundu.