Kaqava «qırmızı şeytan» olur
Dortmund «Borussiya»sının və Yaponiya yığmasının yarımmüdafiəçisi Sindzi Kaqava «Mançester Yunayted»in yay transfer dövrünə ilə bazarlığı olacaq. İdman.com.az saytının məlumatına görə, manukiyalılar havbek üçün 17 milyon funt ödəyiblər. Rəsmi olaraq müqavilə hələ imzalanmayıb.

Ancaq «Mançester Yunayted»in mətbuat xidməti tərəflərin tam razılığa gəldikləri və sazişin baş tutacağı barədə məlumat yayıb. Bundesliqanın ikiqat qalibinə sadəcə tibbi müayinədən keçmək qalır.

Klub həmçinin İngiltərədə mövcud qanuna görə Avropa İttifaqından kənar ölkə təmsilçiləri üçün yığmada 75 faiz oyun maddəsi ilə bağlı problem idə həll edib. Kaqavada bu rəqəm 60-dır. Kaqava 2010-cu ildə ikinci Yaponiya divizionu təmsilçisi «Serezo Osaka»dan cəmisi 350 min avro müqabilində Dortmunt klubuna keçmişdi.

Xəbər 1259 dəfə oxundu.