Masallıda yeniyetmələr arasında boks üzrə rayon birinciliyi başa çatıb
Masallı Boks Mərkəzində rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş yeniyetmələr arasında boks üzrə rayon birinciliyi başa çatıb.

İki gün davam edən yarışda 88 yeniyetmə idmançı 11 çəki dərəcəsində qələbə uğrunda mübarizə aparıb.

Qaliblərə diplomlar təqdim edilib.

Mükafatlandırma mərasimində çıxış edən Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov yarış iştirakçılarına Xocalı soyqırımı barədə məlumat verib. Diqqətə çatdırılıb ki, xalqımız Xocalı soyqırımı qurbanlarının xatirəsini əziz tutur, onları hörmətlə yad edir. Hər il bu faciənin ildönümündə keçirilən müxtəlif tədbirlərdə erməni vəhşilərinin xalqımıza qarşı törətdiyi qətliamın baş vermə səbəbləri, təfərrüatları bir daha yada salınır.


Xəbər 863 dəfə oxundu.