Kapoeyra üzrə Bakı birinciliyinin qalibləri müəyyənləşib
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Abşeron Olimpiya İdman Kompleksində kapoeyra üzrə paytaxt birinciliyi keçirilib.

Yarışda ümumilikdə 115 idmançı iştirak edib.
Yarışda oğlanlar arasında 6, qızların mübarizəsində isə 3 yaş qrupunda qaliblər müəyyənləşib.

İlk üç yeri tutan idmançılara Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom, medallar və xatirə hədiyyələri təqdim edilib.


Xəbər 699 dəfə oxundu.