Azərbaycan badmintonçusu Uqandada beynəlxalq turnirə qatılacaq
Azərbaycan badmintonçusu Edi Reski Dviçayo fevralın 20-dən 23-dək Uqandada keçiriləcək “Uganda International 2020” turnirinə qatılacaq.

Badmintonçumuz mübarizəyə onaltıdabir final mərhələsindən başlayacaq. Dviçayo ilk görüşündə portuqaliyalı badmintonçu Bernardo Atilano ilə qarşılaşacaq.

Qeyd edək ki, turnirə 83 kişi və 60 qadın badmintonçu dəvət olunub. Turnirin mükafat fondu 10 min dollardır.

Xəbər 937 dəfə oxundu.