Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev “Sabah” klubu ilə müqavilə imzalayıb
Bakının “Sabah” futbol klubu Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevlə müqavilə bağlayıb.

Müqaviləyə əsasən, 23 yaşlı futbolçu mövsümün sonunadək komandanın uğurları üçün çalışacaq. R.Şeydayev “Sabah”da 99 nömrəli formada çıxış edəcək.

Yığmanın hücumçusu futbolçu karyerasına Rusiyanın “Zenit” klubunda başlayıb. O, daha sonra Sankt-Peterburq təmsilçisinin əsas komandasının, Rusiyanın “Rubin”, “Krılya Sovetov”, “Dinamo” (Moskva), Türkiyənin “Trabzonspor”, Slovakiyanın “Jilina” klublarının və ölkəmizdə “Qarabağ” komandasının heyətində oynayıb.

R.Şeydayev Rusiya millisinin aşağı yaş qruplarının, həmçinin bu ölkənin 21 yaşadək futbolçulardan ibarət yığmasının üzvü olub. 2016-cı ildən Azərbaycan millisinin şərəfini qoruyan Ramil əsas millimizdə keçirdiyi 26 oyunda 4 qol vurub.

Xəbər 734 dəfə oxundu.