Parapauerliftinqçilərimiz “Tokio-2020”yə reytinq xalları qazandıran turnirdə iştirak edirlər
Böyük Britaniyanın Mançester şəhərində paralimpiyaçılar arasında pauerliftinq üzrə dünya kuboku yarışları keçirilir.

Turnirdə ölkəmizi Azərbaycan Milli Paralimpiya Komitəsinin pauerliftinq üzrə milli komandası 4 nəfərlik heyətlə təmsil edir. Millimiz baş məşqçi İlqar İbişovun rəhbərliyi altında mübarizə aparır.

“Tokio-2020” Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandıran turnirə fevralın 24-də yekun vurulacaq.


Xəbər 845 dəfə oxundu.