Sindo-ryu və pençak-silat üzrə Bakı turniri təşkil olunacaq
Fevralın 21-22-də Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş sindo-ryu və pençak-silat üzrə Bakı turniri təşkil olunacaq.

Hövsan Olimpiya İdman Kompleksində keçiriləcək turnirdə 11 klubdan 150-dək idmançı birincilik uğrunda mübarizə aparacaq.

Yarışın baş hakimi Yarməmməd Qədirov olacaq.

Xəbər 700 dəfə oxundu.