Mərkəzi Şahmat Klubunda keçirilən rapid turnirinin qalibləri müəyyənləşib
Mərkəzi Şahmat Klubunda reytinq xarakterli rapid turniri keçirilib. Əməkdar məşqçi, FIDE məşqçisi, beynəlxalq usta Orxan Abdulovun təşkilatçılığı ilə keçirilən yarışda şahmatçılar A və B turnirlərində güclərini sınayıblar.

Yarışın güclü A turnirində yeddi turdan 6,5 xal toplayan beynəlxalq usta Əhməd Əhmədzadə qalib olub. Qızlar arasında Gövhər Beydullayeva 5 xalla birinci yeri tutub.

Oğlanlar arasında B qrupunda mübarizə aparan Allahverdi Həmidov 6 xalla birinci olub. Qızlar arasında isə Aylin Nurəhmədli 4 xalla qalib elan edilib.

Yarışlarda ümumilikdə 89 şahmatçı iştirak edib.

Xəbər 631 dəfə oxundu.