Millimiz Cəbəllütariq, Şotlandiya və Malta yığmaları ilə qarşılaşacaq
Futbol üzrə 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması fevralın 20-dən 26-dək Maltanın Salino şəhərində keçiriləcək UEFA inkişaf turnirində iştirak edəcək.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, millimizin çıxış edəcəyin turnirin təqvimi açıqlanıb.

Millimiz fevralın 21-də Cəbəllütariq, iki gün sonra Şotlandiya, ayın 26-da isə Malta yığmaları ilə qarşılaşacaq.

Xəbər 698 dəfə oxundu.