Qitə birinciliyində
Azərbaycan taekvondoçuları 16-21 yaşlıların 3-cü Avropa birinciliyinə yollanırlar. İdman.com.az saytının məlumatına görə, Afinada növbəti yarışda 11 idmançımız iştirak edəcək.

Milli komandanın baş məşqçisi Ələkbər İmaməliyev 7 oğlan və 4 qız taekvondoçunu - İmran Zalovu (54 kq), Pərvin Əliyev (58 kq), Elxan İsayev (63 kq), Səbuhi İsmayılzadə (68 kq), Vladislav Subbotin (74 kq), Ceyhun Həsənli (80 kq) və Aydın Bəhməlovu (87 kq), Xəyalə Quliyeva (46 kq), Türkanə Tahirli (49 kq), Günay Ağayeva (53 kq) və Aytən Səmədlini (57 kq) heyətə cəlb edib.

Yarış 14-17 iyun tarixlərində keçiriləcək. Ayın 11-də yola düşən seçmə komanda, 8 gün sonra vətənə qayıdacaq.

Xəbər 1218 dəfə oxundu.