Dünya kubokunda qadın tamblinqçilərin yarışında ilk iki yeri Rusiya təmsilçiləri tutublar
Bakıda keçirilən dünya kubokunda qadın tamblinqçilərin final yarışında ilk iki yeri Rusiya təmsilçiləri tutublar.

Dünya çempionu Viktoriya Danilenko 66,600 xalla birinci, İrina Siliçeva isə 64,800 xalla ikinci olub. ABŞ gimnastı Tia Teylor isə 64,300 xalla bürünc medal qazanıb.

Otuz ölkədən 150-dək idmançının iştirak etdiyi dünya kuboku “Tokio-2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.

Xəbər 784 dəfə oxundu.