ABŞ tamblinqçisi Kaden Braun dünya kuboku yarışlarında fərqlənib
Bakıda keçirilən dünya kubokunda kişi tamblinqçilərin final yarışı başa çatıb.

ABŞ idmançısı Kaden Braun 75,400 xalla dünya kuboku yarışlarının qalibi olub. Avstraliyalı Etan Makquinness 73,600 xalla yarışı ikinci, Rusiya təmsilçisi Aleksandr Lisitsin isə 72,700 xalla üçüncü pillədə başa vurub.

Azərbaycan idmançısı Fərid Mustafayev isə 57,600 xalla böyüklər arasında ilk dəfə çıxış etdiyi yarışda səkkizinci olub.

Xəbər 840 dəfə oxundu.