Kişilər arasında sambo üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
Fevralın 15-də Bakı İdman Sarayında kişilər arasında sambo üzrə ölkə çempionatı keçirilib.

Nəsimi Umbayev (52 kq), Eyvaz Baxşıyev (57 kq), Fuad Məmmədov (62 kq), Emil Həsənov (68 kq), Abdulla Abdullayev (74 kq), Ceyhun Hüseynov (82 kq), Şirin Cavadzadə (90 kq), Nizami Məmmədov (100 kq), Vasif Səfərbəyov (100 kiloqramdan yuxarı) bütün rəqiblərini məğlub edərək qızıl medala layiq görülüblər.

Qeyd edək ki, fevralın 13-də yeniyetmə, fevralın 14-də isə gənc samboçular arasında Azərbaycan birinciliklərinin qalibləri müəyyənləşib.

Yarışlarda ölkəmizin rayon və şəhərlərinin idman cəmiyyətləri və klublarından 500-ə yaxın idmançı medallar uğrunda mübarizə aparıb.

Xəbər 1037 dəfə oxundu.