Azərbaycan şahmatçıları “Caspian Cup” festivalının liderlər qrupunda yer alıblar
Fevralın 15-də Azərbaycan şahmatçıları İranın Rəşt şəhərində keçirilən 18-ci “Caspian Cup” festivalında ikinci və üçüncü turların oyunlarında iştirak ediblər.

Festivalın A (masters) turnirində mübarizə aparan Misrəddin İsgəndərov, Vüqar Rəsulov və Azər Mirzəyev maksimum xal toplayaraq liderlər qrupunda yer alıblar.

Doqquz turdan ibarət festival İsveçrə sistemi üzrə keçirilir.

Xəbər 664 dəfə oxundu.