Batutçumuz Selcan Maqsudova dünya kuboku yarışlarında ikinci cəhdini də uğurla tamamlayıb
Azərbaycan batutçusu Selcan Maqsudova Bakıda təşkil olunan dünya kuboku yarışlarında ikinci cəhdini də təqdim edib.

Millimizin üzvü ikinci çıxışına görə, 52,185 xal alıb. Təmsilçimizin ilk cəhdi isə 47,750 xalla qiymətləndirilib. İki çıxışın cəmində 99,935 xal toplayan gimnastımız hazırda 25-ci yerdə qərarlaşıb.

Qadınların fərdi təsnifat yarışlarına çinli Xueyinq Ju başçılıq edir. Onun hesabında 105,405 xal var.
Qadın batutçuların fərdi təsnifat yarışları davam edir.
Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan yarışda 30 ölkədən 150 gimnast birincilik uğrunda mübarizə aparır.


Xəbər 794 dəfə oxundu.