Gənc samboçular arasında Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib
Bakı İdman Sarayında sambo üzrə yeniyetmələr, gənclər və kişilər arasında ölkə çempionatı və birinciliyi keçirilir. Fevralın 14-də - yarışların ikinci günündə gənc samboçuların Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib.

Rəşad Salayev (48 kq), Əli Sadıxov (52 kq), Kənan Babayev (57 kq), Vilayət Bayramov (62 kq), Ayuxan Tanverdiyev (68 kq), Abdulla Abdullayev (74 kq), Vüqar Ağcayev (82 kq), Xəlil Cəlilzadə (90 kq), Sabir İsayev (100 kq), Toğrul Salmanov (100 kiloqramdan yuxarı) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pillələrində yer alıblar.

Qeyd edək ki, fevralın 13-də - yarışların birinci günü yeniyetmə samboçular güclərini sınayıblar. Fevralın 15-də isə kişilər ölkə çempionatında mübarizəyə qoşulacaqlar. Yarışlarda ölkəmizin rayon və şəhərlərinin idman cəmiyyətləri və klublarından 500-ə yaxın idmançı medallar uğrunda mübarizə aparır.


Xəbər 1055 dəfə oxundu.