Şahmatçılarımız İranda keçirilən beynəlxalq festivalın birinci turunda qələbə qazanıblar
Fevralın 14-də Azərbaycan şahmatçıları İranın Rəşt şəhərində start götürən 18-ci “Caspian Cup” festivalında birinci turun oyunlarında iştirak ediblər.

Festivalın A (masters) turnirində mübarizə aparan Misrəddin İsgəndərov, Vüqar Rəsulov, Azər Mirzəyev, Kənan Əhədzadə, Süleyman Süleymanlı, Şahin Vəliyev, İsmayıl Qurbanov, Habil Cavadov, Emin Novruzov birinci turda qələbə qazanıblar. Şahmatçılarımızdan yalnız Xatun Bağırova məğlub olub.

Doqquz turdan ibarət festival İsveçrə sistemi üzrə keçirilir.


Xəbər 720 dəfə oxundu.